Premyer Liqa klubu baş məşqçi məsələsində nöqtəni qoydu – SON DƏQİQƏ

26 Sentyabr 2022 13:00 Sumqayıt 1 881
Premyer Liqa klubu baş məşqçi məsələsində nöqtəni qoydu – SON DƏQİQƏ

Samir Abasov 4 illik fasilədən sonra «Sumqayıt»a dönüb.

Tərəflər arasında günlərdir davam edən danışıqlar bu gün sonna çatıb.

O, «kimyaçılar»la bütün müqavilə şərtlərini razılaşdırıb. Bu ilin mayında «Neftçi»dən ayrılan mütəxəssisin qayıdış xəbərinin bir qədər sonra açıqlanması gözlənilir.

2014-2018-ci illərdə «gənclik şəhəri» təmsilçisini çalışdırmış Abasov 3 illik müqaviləyə imza atıb. Hər mövsüm üçün 15 min manat əməkhaqqı alacaq.

Premyer Liqanın ilk 7 turunda qələbə qazana bilməyən və 3 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan «Sumqayıt» orta sıralar uğrunda mübarizə aparacaq.

Abasov bu məqsədə çatmaq üçün islahat aparacaq, 3-4 legioner də daxil olmaqla, futbolçuların bir qrupunu qış fasiləsində düşərgədən yola salacaq.

O, kuboku qazanmaq üçün mübarizə aparacaqlarını vəd edib. «Kimyaçılar» yeni hədəfə çatmaqdan ötrü əlavə xərcə düşməyəcək. Abasov mövcud büdcə çərçivəsində öz planlarını quracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti