Azərbaycan klubu yeni transferini bu məbləğə razı salıb

11 Avqust 2022 11:40 Sumqayıt 1 903
Azərbaycan klubu yeni transferini bu məbləğə razı salıb

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” dünən daha bir legioneri düşərgəsinə cəlb edib.

Ötən mövsümü Slovakiyanın yüksək liqa təmsilçisi “Sered”də keçirmiş Todor Todoroski ilə 2 illik müqavilə imzalanıb.

Şimali Makedoniya millisinin üzvü “Sumqayıt”da “12” nömrəli formada çıxış edəcək.

“Kimyaçılar“ın 23 yaşlı cinah müdafiəçisinə ödəyəcəyi əməkhaqqı da məlumdur. Balkanlı legioner Azərbaycanda aylıq 4000 dollar qazanacaq.

Todor karyerası ərzində Şimali Makedoniyanın “Vardar”, Xorvatiyanın “Osiyek”, “Sibernik”, və Serbiyanın “Radniçki” klubunda çıxış edib.

Hazırda Şimali Makedoniyanın əsas millisinin şərəfini qoruyan Todoroski həmçinin U-17, U-18, U-19, U-20, U-21 komandalarına da cəlb olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?