Paytaxt klubunda YENİ QAPIÇI

23 Yanvar 2022 17:40 Sumqayıt 1 249
Paytaxt klubunda YENİ QAPIÇI

Kamran Ağayevin karyerasını başa vurmasından sonra "Səbail"də qapıçı axtarışları hələ də davam edir.

Bu dəfə komanda baxışa futbolçu dəvət edib. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, "Sumqayıt"ın üzvü Hüseynali Quluyev Bayıl təmsilçisində yoxlanışdadır.

"Kimyaçılar"ın Türkiyədəki təlim-məşq toplanışına aparmadığı qolkiperi özünü yaxşı tərəfdən göstərə bilsə, yaxın günlərdə "Səbail" onunla müqavilə imzalayacaq.

22 yaşlı futbolçu "Sabah"ın yetirməsidir. O, 2020-ci ildən "Sumqayıt"ın şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!