"Azərbaycanlılarla oyunda məqsədimizə tam nail olduq"

17 Yanvar 2022 02:40 Sumqayıt 859
"Azərbaycanlılarla oyunda məqsədimizə tam nail olduq"

"Yaxşı meydanda əla rəqibə qarşı gərgin oyun keçirdik".

Sportinfo.az xəbər verir ki, bunu Macarıstanın "Peç" komandasının baş məşqçisi Laslo Vaş Türkiyənin Antalya şəhərində "Zirə"yə 5:3 hesabı ilə qalib gəldikləri yoxlama matçı barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis bildirib ki, bu oyunda əsas diqqət yüklənməyə yönəlib:

"Bəzi məqamlarda mübarizənin gərgin keçməsinə baxmayaraq, meydanı zədəsiz tərk etdik. Hazırlığın bu mərhələsində azərbaycanlılara qarşı görüşdə məqsədimizə tam nail olduq.

Matçda müsbət məqamlar olsa da, yaxşılaşdırılması lazım olan tərəflər da var. Ümumiyyətlə, futbolçuların oyuna yanaşması və nəticə məni qane etdi".

"Zirə" Antalayada daha 2 yoxlama görüşü keçirəcək. "Qartallar" yanvarın 20-də “Qurnik” (Leçna, Polşa), yanvarın 24-də isə “Breqalnitsa” (Şimali Makedoniya) ilə qarşılaşacaq (report.az).

Digər Xəbərlər
Xəbər Lenti