"Sumqayıt" bunu da bacardı

23 Avqust 2021 12:40 Sumqayıt 814
"Sumqayıt" bunu da bacardı

“Sumqayıt” tarixinin Premyer Liqadakı ən uğurlu startına imza atıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, ilk turda “Keşlə”ni 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun komandasl bu dəfə “Sabah”la oyunda da eyni nəticə ilə qalib gəlib.

Premyer Liqada 2011-ci ildə debüt edən “Gənclik şəhəri” təmsilçisi əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb.

2014/15 mövsümündə sumqayıtlılar “Qarabağ” (+:-) və “Xəzər Lənkəran”la (1:0) görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olub.

Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.

Son 5 mövsümün startında “Sumqayıt” eyni nəticəyə imza atıb. Komanda ilk iki oyundan birində qalib gəlib, birində uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR