Mübahisə etdi, gərginliyə səbəbkar oldu, "10"u geri aldı

6 İyul 2024 17:00 Sumqayıt 3 580
Mübahisə etdi, gərginliyə səbəbkar oldu, "10"u geri aldı

İki illik fasilədən sonra «Sumqayıt»a dönən Rəhim Sadıxov məqsədinə çatıb.

«Zirə»dən keçmiş klubuna dönən yarımmüdafiəçi 10 nömrəli formanı Kamran Əliyevdən geri alıb.

Millinin sabiq üzvü artıq məşqlərə üzərində «10» yazılmış geyimlə çıxır.

Halbuki nömrə məsələsi düşərgə daxilində ciddi mübahisəyə çevrilmişdi. Kamran bu rəqəmi yeni komanda yoldaşına vermək istəmirdi.

Söhbət rəhbərliyə qədər uzanmışdı. Baş məşqçi Samir Abasov isə iki futbolçu arasında gərginliyə qarışmaq istəməmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə