
“Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişinin növbəti buraxılışı efirə gedib.
Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan budəfəki buraxılışda “Sumqayıt”da baş məşqçi postu ilə bağlı xəbərlər diqqət mərkəzində olub.
Son günlərdə belaruslu çalışdırıcı Aleksey Baqanın yenidən “gənclər şəhəri” təmsilçisində gündəmə gətirilməsinə münasibət bildirilib.
Elçin Cəfərov klub rəhbərliyinə çağırış edib:
“Vaqif Cavadov ən sancılı dönəmdə komandaya baş məşqçi təyin olunub. Əlindəki oyunçu profilləri keyfiyyətli olmasa da, ən azından meydandakı planı ilə neyləmək istədiyini nümayiş etdirir.
Baqanı da görmüşük. Ümumiyyətlə, klub rəhbərləri gecə yatarkən yuxuda nə görürlərsə, sonra belə absurd fikirlərlə gülüş vəziyyətinə düşürlər.
Əgər Vaqif Cavadov indiki imkanlarla komandanı bu vəziyyətə gətiribsə, ondan ikiəlli yapışmaq lazımdır”.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN