İlkin Fikrətoğlu: Azərbaycanda 9 milyonu küləyə verən klub var - VİDEO

18 İyun 19:40 Sumqayıt 2 229
İlkin Fikrətoğlu: Azərbaycanda 9 milyonu küləyə verən klub var - VİDEO

“Sumqayıt” mövsümün fiaskolarından biri oldu.

Büdcəsi “Şamaxı”dan 3 dəfə çox - 9 milyon, 178 min manat olan komandanın ölüm-zülüm yeddinci yeri tutmasının başqa adı yoxdur.

9 milyonluq fiaskonun başlanğıcı mövsümün əvvəlində qoyuldu. İlk 3 turdan ikisini qazanan “gənclik şəhəri”nin komandası sonra ardıcıl 7 oyun qələbəsiz qaldı.

Altıncı belə qalibiyyətsiz matçın ardınca baş məşqçi Samir Abasov gözlənilmədən “Sumqaıyt”dan ayrılıb “Neftçi”ylə müqavilə bağladı.

Bəlkə də Samir Abasovun fikri bir neçə həftə əvvəldən “Neftçi”də qaldığından “Sumqayıt”ı taleyin ümidinə buraxmışdı.

Klubun gənclər komandasının baş məşqçisi Vaqif Cavadovun Samir Abasovun yerinə gətirilməsi birmənalı qarşılanmadı.

Məncə, bu riskə görə “Sumqayıt” rəhbərliyini alqışlamaq olar.

Cavadov debüt matçında “Turan Tovuz”a uduzsa da, növbəti 6 oyundan dördündə - “Səbail”, “Sabah”, “Şamaxı” və “Neftçi”yə qalib gəldi, kubokda MOİK-i mübarizədən kənarlaşdırdı.

Lakin xoş günlərin ömrü uzun sürmədi. Nə az, nə cox - düz 11 oyun qələbə bir yana, qol belə, vura bilmədi Vaqif Cavadovun komandası.

Sonradan enişli-yoxuşlu qrafiklə sumqayıtlılar elitada yerini qoruya bildi. “Sumqayıt”ın bəxti onda gıtirdi ki, “Səbail” və “Kəpəz” daha ağır vəziyyətdə idi, əks halda, komanda I Liqaya da düşə bilərdi.

Vaqif Cavadova isə rəhbərlik qarşıdakı mövsümdə şans verməyə risk etmədi və mayda onunla müqaviləyə xitam verildi.

Kluba vaxtilə baş məşqçi olmuş belaruslu Aleksey Baqanın qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Riad Rəfiyevdən belə sürpriz qərarlar, addımlar gözləniləndir, ola bilər.

Ümid edək ki, “Sumqayıt” gələn il 9 milyon manatı, bəlkə də daha çox pulu küləyə verməyəcək, büdcəyə uyğun nəticə göstərəcək.

Yüksək maaşdan imtina etdi, Bakıda qalmağa qərar verdi

Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!