
"Hələ "Peykan"da olarkən "Sumqayıt"ın direktoru və baş məşqçisi mənimlə əlaqə saxlamış və komandaya dəvət etmişdilər.
Ona görə də ilk seçimim Azərbaycan klubu oldu.
Düzdür, "Persepolis"dən də təklif almışdım, amma bütün şərtləri nəzərə aldıqdan sonra qərarımı verdim".
Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın yeni transferi Höccət Haqverdi "Varzesh" nəşrinə müsahibəsində "gənclik şəhəri" təmsilçisinə keçidi barədə danışarkən deyib.
İranlı legioner bildirib ki, iki ölkə arasındakı məsafənin yaxınlığı da seçiminə təsir edib:
"Mən və ailə üzvlərim Azərbaycana rahatlıqla səyahət edə biləcəyik. "Sumqayıt"la yarım mövsümlük müqavilə imzalamışam. Mayda sözləşmənin şərtlərinə yenidən baxacağıq".