Azərbaycan klubunun qələbəsini məğlubiyyətə çevirən bir dirsək - VİDEO

26 İyul 2024 01:50 Sumqayıt 4 513
Azərbaycan klubunun qələbəsini məğlubiyyətə çevirən bir dirsək - VİDEO

Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Sumqayıt" - "Fehervar" matçı başa çatıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Macarıstan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sumqayıt"ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. "Fehervar"dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib. 52-ci dəqiqədə Ksaba Spandler komandasının ikinci qolunu vurub.

Meydan sahiblərindən Murad Xaçayev 33-cü dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

"Sumqayıt"la "Fehervar" arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA