“Neftçi”dən söz düşdü, Terimi misal çəkdi, “danışmağım düzgün deyil” söylədi - VİDEO

19 Mart 20:00 Sportinfo TV 854
“Neftçi”dən söz düşdü, Terimi misal çəkdi, “danışmağım düzgün deyil” söylədi - VİDEO

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov olub.

“Pro” kateqoriyalı çalışdırıcı Samir Abasov haqda sualı cavablandırıb.

O, “Neftçi”nin əsas komandasının cari mövsümü qeyri-sabit keçirməsinə baxmayaraq, “mən burada çalışıram, həmkarımın işinə qiymət verməyim düzgün olmaz” ifadəsini işlədib.

M.Qurbanov bildirib ki, hər bir məşqçinin öz baxışı və yanaşması var, buna əsasən, transfer siyasəti aparır, komanda qurur.

Verilişə bu linkdən daxil olub baxa bilərsiz.

Çəkilişdə göstərdiyi dəstəyə görə “Sport Arena Bar”a dərin təşəkkürümüzü bildiririk.

Futbol matçlarını böyük ekran vasitəsilə Bakıdakı gözəl məkanlardan biri olan “Sport Arena Bar”da izləyə bilərsiniz.

Məkanın böyük zalında, eləcə də türk klublarının atributları ilə bəzədilmiş digər kiçik və böyüktutumlu bütün otaqlarda Türkiyə çempionatını, həmçinin digər futbol və idman yarışlarını izləmək üçün böyük ekranlar quraşdırılıb.

Burada müştərilərə münasib qiymətlərlə milli və Avropa mətbəxi, yerli və xarici istehsal olan pivə, spirtli və spirtsiz içkilər, eləcə də qalyan təklif olunur. Bir sözlə, istirahətinizi ləziz təamlardan dadaraq müasir, gözoxşayan və müsbət abu-havası ilə daha ləzzətli edən “Sport Arena Bar” xidmətinizdədir.

Ünvan: Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 17 A (Bakı Oksford Liseyi ilə üzbəüz)

Əlaqə nömrəsi: 050 331 22 40

Digər Xəbərlər
Xəbər Lenti