Almaniyalı funksioner: "Azərbaycan ikinci evimdir"

30 Oktyabr 2020 19:45 Sizdən Bizə 415
Almaniyalı funksioner: "Azərbaycan ikinci evimdir"

AFFA-nın keçmiş texniki direktoru Bernhard Lippert Azərbaycana Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dəstək verib.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis ermənilərin mülki insanları hədəf seçməsini pisləyib.

Lippert Azərbaycanda 2008 - 2020-ci illərdə işləyib. Hazırda Qana Futbol Federasiyasında çalışan Lippert düşmənin əməlini terror aktı adlandırıb:

"Mənim adım Bernhard Lippertdir. Son bir neçə ildə Azərbaycanda, Bakıda yaşamışam. Möhtəşəm ölkə, mədəniyyət və həddindən artıq qonaqpərvər insanlar...

Orada hər zaman isti ürək və hörmətlə qarşılanmışam. Azərbaycan mənim ikinci evimdir.

Hazırda baş verənlərlə bağlı öz dəstəyimi göstərmək istəyirəm. Hamımız bilirik ki, müharibə itki və qurbansız olmur. Amma mülki insanları öldürmək terror aktıdır.

Hər kəs bilir ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu, Birləşmiş Millətlər Təşkilatının qətnamələrində də öz əksini tapıb.

Dünya isə hələ də baxır. Demək istəyirəm ki, Qarabağ Azərbaycandır!".

Digər Xəbərlər
Xəbər Lenti