Türkiyə klubunun idman direktoru: "Azərbaycanlı futbolçu transferi planımız var"

19 May 2024 02:00 Sizdən Bizə 1 875
Türkiyə klubunun idman direktoru: "Azərbaycanlı futbolçu transferi planımız var"

Sportinfo.az xəbər verir ki, “Alanyaspor”un idman direktoru Serkan Daldal sportal.az-a açıqlama verib.

Mövsümün əvvəlində “Neftçi” və “Qarabağ”la əməkdaşlıq üçün paytaxtımıza gəlmiş Türkiyə klubunun rəsmisi Azərbaycan Premyer Liqasında oynayan futbolçulardan da transfer etmək istədiklərinin olduğunu etiraf edib:

“Düzünü desəm, bu mövsümün planlarını daha öncədən etmişdik. Həmin vaxtı isə türk dövtlərindən olan bir oyunçunun yerli kimi oynaması məsələsi qəbul edilməmişdi.

Ona görə də Azərbərbaycandan və ya digər türk dövlətlərindən oyunçu transfer edə bilmədik. Amma gələcəkdə azərbaycanlı futbolçu transferi də planlarımız arasında var”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM