"Qarabağ", "Neftçi" və ya "Zirə" - fərqi yoxdur, hər birində oynamaq istəyərəm"

17 Aprel 01:50 Sizdən Bizə 1 762
"Qarabağ", "Neftçi" və ya "Zirə" - fərqi yoxdur, hər birində oynamaq istəyərəm"

Azərbaycanın "Qarabağ", "Zirə" və "Neftçi"də ynamış Donald Gerye hazırda klubsuzdur.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi qol.az-a açıqlama verib.

2 ay əvvəl Litvanın "Panevejis" klubundan ayrıldığını bildirən futbolçu Azərbaycana qayıtmaq istədiyini deyib.

D.Gerye qeyd edib ki, bəzi klublardan təkliflər alsa da, onlardan heç biri ilə razılaşmayıb:

"İki ay əvvəl "Panevejis"lə müqaviləm başa çatdı. Hazırda Polşada evimdəyəm.

Bəzi klublarla danışıqlarım olub. Ancaq bu təkliflər mənim üçün uyğun deyildi. Ona görə də razılaşmadım".

Haitili futbolçu ona Azərbaycan klublarından təkliflər gəlmədiyini deyib:

"Azərbaycandan təklif almamışam. Amma Azərbaycanda oynamaq istəyərəm.

Çünki ora mənim evimdir. Karyeramın ən yaxşı dövrünü Azərbaycanda, xüsusilə də "Qarabağ"da keçirmişəm.

"Qarabağ", "Neftçi" və ya "Zirə", fərqi yoxdur. Hər birində oynamaq istəyərəm".

O, hələ karyerasını başa vurmaq istəmədiyini bildirib:

"Hazırda Polşada öz biznesimlə məşğulam. İşlərim çox əla gedir. Ancaq karyeramı başa vurmağı düşünmürəm. Hələ oynamaq istəyirəm".

Gerye 2017-2019-cu və 2020-2021-ci illərdə "Qarabağ"da, 2019-2020-ci illərdə "Neftçi"də, 2023-cü ildə isə "Zirə"də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU