UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait

2 Aprel 11:30 Sizdən Bizə 584
UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait

UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Avropa futbol qurumu ümumilikdə klublarımıza 23 milyon 222 min 116 manat ödəyib.

Bunlardan 15 milyon 197 min 96 manatı "Qarabağ"a, 2 milyon 196 min 52 manatı "Neftçi"yə, 1 milyon 951 min 89 manatı "Sabah"a, 1 milyon 587 min 66 manatı "Qəbələ"yə, 696 min 264 manatı "Zirə"yə, 569 min 991 manatı "Sumqayıt"a, 515 min 674 manatı "Şamaxı"ya, 508 min 884 manatı "Səbail"ə verilib.

Qeyd edək ki, klubların Çempionlar Liqası və Avropa Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq milli assosiasiya tərəfindən klubların hesabına köçürülüb.

Digər Xəbərlər
Xəbər Lenti