Türkiyədə Azərbaycanlı futbolçulara güzəşt olacaqmı?

22 May 2023 01:20 Sizdən Bizə 823
Türkiyədə Azərbaycanlı futbolçulara güzəşt olacaqmı?

Sportinfo.az xəbər verir ki, yeni mövsümdən Türkiyə liqalarında Azərbaycan vətəndaşı olan futbolçuların yerli statusunda oynaması üçün danışıqlar gedir.

son dövrlərdə Azərbaycan və Türkiyə futbolunda münasibətlərin daha da yaxınlaşması bu qərarın müzakirəsinə yer açıb.

Maraqlıdır, Azərbaycan vətəndaşı olan futbolçuların Türkiyə liqalarında yerli statusunda oynamasına icazə verilərsə, Superliqa klubları onlara maraq göstərəcək?

Bu məsələ haqda "Qəbələ"nin sabiq baş məşqçisi, Türkiyədə "Girəsunspor" və son olaraq "Hatayspor"da idman direktoru vəzifəsində çalışmış Fatih Kavlak saytımıza açıqlama verib (sportal.az).

O, bu məsələyə həssas yanaşmaq lazım gəldiyini söyləyib:

"Düzünü deyim, bu cür məsələnin gündəmdə olmasından xəbərim yoxdur. Əvvəllər belə icazə birinci liqada var idi, türk dövlətlərindən gələn oyunçular legioner hesab edilmirdi.

Bu, klubların da işini asanlaşdırmışdı. Ancaq orada hansı detallar var idi, onu xatırlamıram.

O vaxt Azərbaycan millisindəki afrikalılar Türkiyə birinci liqasına gəlirdi. Yəni, Azərbaycan vətəndaşı olması bu məsələdə onlara kömək olurdu.

Bəlkə bu, legioner limitinin yenidən aktivləşməsinə səbəb oldu, hamı legioner kimi qəbul edildi. Həssas məsələdir.

Burada diqqət ediləsi digər məqam isə Azərbaycan Premyer Liqasına zərər verməməkdir. Yəni, çempionatın səviyyəsi yaxşı durumda qalmalıdır.

Azərbaycandakı yaxşı oyunçular təbii ki, Avropa və Türkiyə liqalarında ölkəsini təmsil etməsi gözəldir. Amma bu asanlıqla edildiyində..

.Orada onsuz da 10 komanda var. Yerli, milliyə kömək edən neçə oyunçu var? Onların da bir neçəsi bunu asan fürsət kimi görüb,

Türkiyəyə gələrsə və Azərbaycan Premyer Liqasında 2-3 oyunçu azalsa, liqaya təsir edəcək. Yəni, bu cür detallara

fikir vermək, yaxşı düşünmək lazımdır ki, faydası olsun, ziyanı yox".

Digər Xəbərlər
Xəbər Lenti