Azərbaycanda türk bazası bu cür qurularsa...

22 Sentyabr 2021 02:38 Sizdən Bizə 1 268
Azərbaycanda türk bazası bu cür qurularsa...

Azərbaycanda türk hərbi bazasının yaradılması mümkündür, lakin bunun gərginliyin qarşısını almaq üçün Moskva ilə razılaşdırılması daha yaxşı olardı.

Sportinfo.az xəbər verir ki, bu sözləri axar.az-a alman mütəxəssis Tobias Pfenniq Azərbaycanda türk hərbi bazasının yaradılması ehtimalı haqda danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi Moskva da Qarabağın Azərbaycana qaytarılmasında ən azından Ermənistan tərəfindəki savaşa açıq müdaxilə etməməklə öz dəstəyini göstərib:

“Bu səbəbdən üçtərəfli razılaşma ən optimal variant olaraq qalmaqdadır. Çünki Türkiyənin Suriyada geri çəkilməsi və ya Liviyadakı güc payı kimi, Azərbaycanda hərbi iştirakı müqabilində təklif edəcəyi çox şey var.

Söhbət hazırda sövdələşmələrin detallarını müəyyən etmək üçün Türkiyənin Rusiya ilə nə qədər yaxşı oynaya biləcəyidir”.

Digər Xəbərlər
Xəbər Lenti