“Türkiyə və Pakistan bayraqları asmaq insanların ürəklərindən gəlirdi”

13 Aprel 2021 16:10 Sizdən Bizə 609
“Türkiyə və Pakistan bayraqları asmaq insanların ürəklərindən gəlirdi”

“Pakistana minnətdaram. Mən Pakistan xalqına müharibə zamanı davamlı dəstək göstərdiklərinə görə minnətdaram. Pakistan qarşıdurmanın ilk günlərindən son günlərinədək Azərbaycanı açıq şəkildə dəstəklədi”.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.

Prezident qeyd edib ki, Pakistan Ermənistanın təcavüzünə və işğalçı siyasətinə görə onunla diplomatik əlaqə qurmayan azsaylı ölkələrdən biridir: “Bu, bizim qardaşlığımızın əsl əlamətidir.

Yəqin bilirsiniz ki, müharibə zamanı bizim şəhərlərimizdə bir çox yerdə Türkiyə və Pakistan bayraqları asılmışdı. Bu, insanların ürəklərindən gəlirdi”.

Digər Xəbərlər
Xəbər Lenti