Bu gün “Keşlə”nin Müşahidə Şurasının iclası keçirilib.
Bu haqda klubun saytında xəbər yayılıb.
Müşavirənin sonunda Yunis Hüseynovun əsas komandanın yeni baş məşqçisi təyin olunması qərara alınıb. Müşahidə Şurası üzvləri yeni mövsümdə Yunis Hüseynova uğurlar arzulayıb.
O, AFFA-nınq təqdimatıı əsasında paytaxt təmsilçisində görəvə gəlib.
Sportinfo.az-ın son vaxtlar federasiyada Texniki Direktorun müavini postunu tutan Hüseynovun “Keşlə“yə mümkün təyinatı haqda hələ avqustun 10-də xəbər paylaşdığını xatırladaq (https://www.sportinfo.az/idman_xeberleri/kesle/89915.html).
Qurum ondan başqa daha 2 namizəd təklif etmişdi – Samir Abasov və Mahmud Qurbanov.

