Axundov "Keşlə"nin baş məşqçi postunda adaşını görür

10 Avqust 2020 10:52 Şamaxı 1 481
Axundov "Keşlə"nin baş məşqçi postunda adaşını görür

«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundovun Tərlan Əhmədovun yerinə namizədi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, klubun rəhbəri Zaur İsmayılovun üzərində dayanıb.

Düzdür, AFFA-nın da öz namizədləri var. AFFA ötən mövsümün əvvəlində «Zirə»dən uzaqlaşdııran Samir Abasovun təyinatında israr edir. Axundova təklif olunan digər namizəd Yunis Hüseynovdur.

Son 1 ildə AFFA-da Texniki Direktorun müavini vəzifəsində çalışan sabiq «Xəzər Lənkəran»lının sevimli peşəsimnə qayıtmaq istəməsi bəllidir.

İsmayılov bir neçə ildir komandada çalşan gənc mütəxəssisin yeni işinin öhdəsindən də gələcəyini düşünür. Böyük ehtimalla, paytaxt təmsilçisi Avropa Liqasına onunla start verəcək.

Məhz buradakı çıxış İsmayılovun gələcək taleyinə aydınlıq gətirəcək. Avroliqa isə Zaur bəyə tanış yarışmadır. Belə ki, o, 2018-ci ilin yayıında – Yuri Maksimovun qəfil gedişindən sonra kollektivi «Baltsan»la cavab matçına çıxarmışdı.

«Dalğa Arena»da keçirilən həmin oyunda «Keşlə» 2:1 qalib gəlsə də, mərhələ adlaya bilməmişdi, çünki Maltadakı ilk matçı 1:4 hesabıyla uduzmuşdular.

Digər Xəbərlər
Xəbər Lenti