"Qəbələ" öz meydanında məğlub oldu - VİDEO

2 Fevral 2020 17:44 Şamaxı 806
"Qəbələ" öz meydanında məğlub oldu - VİDEO

Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Keşlə" üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

"Keşlə" hər iki qolunu ilk yarıda vurub. 35-ci dəqiqədə Miyusko Boyoviç, 40-cı dəqiqədə isə Sezar Meza Kolli fərqlənib. "Qəbələ" isə təsəlli qolunu fasilədən sonra vurub. İvitsa Juniç 60-cı dəqiqədə fərqi minimuma endirib.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Keşlə" "Neftçi"ni şəxsi oyunlardakı üstünlüyü sayəsində (0:0, 2:1) geridə qoyaraq, 2-ci pilləyə yüksəlib. "Qəbələ" isə 13 xalla 7-ci pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM