Baş məşqçi rəsmən əyalət klubundan ayrıldı - FOTO

23 May 19:20 Şamaxı 529
Baş məşqçi rəsmən əyalət klubundan ayrıldı - FOTO

“Şamaxı” baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 44 yaşlı mütəxəssisin klubla olan müqaviləsinin müddəti başa çatıb.

Şamaxı təmsilçisi ayrılıqla bağlı təcrübəli baş məşqçiyə xüsusi təşəkkürünü ünvanlayıb:

“Klubumuz adından Ayxan Abbasova komandamızdakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.

Ayxan Abbasov 2024-cü ilin iyun ayından “Şamaxı”nın sükanı arxasında idi.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM