Yeni baş məşqçi Qəbələdə görüntüləndi - FOTO

21 May 19:40 Şamaxı 3 914
Yeni baş məşqçi Qəbələdə görüntüləndi - FOTO

Premyer Liqanın 33-cü turunda “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edir.

Oyunu izləyənlər arasında bir sıra maraqlı şəxsləri görmək mümkündür.

Onlardan biri də “Kəpəz”in baş məşqçisi Azər Bağırovdur.

Bağırovun çalışdırdığı komandanı iki gündən sonra “Neftçi” ilə vacib duel gözləyir. Həmin matç Sumqayıtda baş tutacaq.

Çempionatın sonuncu turu olduğunu nəzərə alsaq, rəqiblərin oyununh canlı izləmək üçün Qəbələyə gəlməyin ciddi əhəmiyyəti yoxdur.

Demək ki…

Azər Bağırov “Şamaxı”nı canlı izləmək qərarını verməklə növbəti mövsümdə bu komandanı çalışdıracağı ilə bağlı yazılanlara şübhə yeri qoymayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə