Azər Bağırov “Kəpəz”də son günlərini yaşayır.
Mövsüm başa çatan kimi Gəncə klubundan ayrılacaq 44 yaşlı mütəxəssis yenə bölgədə çalışacaq.
Bu dəfə “Şamaxı”dan ayrılan Ayxan Abbasovu əvəzləyəcək.
Təyinat rəsmiləşməsə də, tərəflər arasında ilkin danışıq və razılıq olub.
Bağırovun “Şamaxı”da sərəncamında görmək istədiyi ilk futbolçunun adı bizə məlumdur.
O, vaxtilə “Araz-Naxçıvan”da rəhbərliyi altında top qovduğu Vadim Abdullayevi bura gətirmək istəyindədir.
Həm təcrübəli futbolçu, həm də kapitan kimi Abdullayevin xidmətindən yararıanmaq istətyən baş məşqçinin tramsfer siyahısının başında məhz onun adı dayanır.
Başa çatmaqda olan mövsümü “Karvan-Yevlax”da keçirmiş 31 yaşlı yarımmüdafiəçinin Yevlax təmsilçisi ilə müqaviləsinin müddəti bu ayın sonuna qədərdir.
HƏBİB / SPORTİNFO.AZ

