Azərbaycan klublarından təklif alan bombardir son qərarını verdi

16:00 Şamaxı 230
Azərbaycan klublarından təklif alan bombardir son qərarını verdi

"Şamaxı"nın bombardiri Kərim Rossinin gələcəyinə böyük ölçüdə aydınlıq gəlib.

Hücumçunun xidmətində bir neçə Azərbaycan klubu maraqlıdır.

Siyahının başında "Zirə" gəlir.

32 yaşlı forvard da Bakı klublarında oynamağa isti yanaşır.

Amma nə "qartallar", nə də digər paytaxt təmsilçilərinə Rossini heyətinə qatmaq asan olmayacaq.

Əla mövsüm keçirən, hətta İsveçrə millisinə dəvət alacağı idda olunan legioneri heyətində görmək istəyən Avropa, Asiya ölkələrindən müştərilər var.

Xüsusilə Asiyadan gələn təkliflər cəlbedicidir.

Rossi bu yaşda məntiqli olaraq perspektiv yox, pulun ardınca gedəcək. Onun Asiya klublarından biri ilə anlaşması an məsələsidir.

Futbolçu bu mövsüm "Şamaxı"da meydana çıxdığı 30 Premyer Liqa matçında 9 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti