SON DƏQİQƏ: Bölgə klubu “10 nömrə” ilə yollarını ayırdı

20:40 Şamaxı 87
SON DƏQİQƏ: Bölgə klubu “10 nömrə” ilə yollarını ayırdı

“Şamaxı”da ilk ayrılıq yaşanıb.

Bölgə təmsilçisi Andrey Tırkoveanu ilə yollarını ayırıb.

Daha doğrusu, 28 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Cari mövsümdə yetərincə şans qazanmayan “10 nömrə” karyerasını başqa klubda davam etdirəcək.

O, “instagram” hesabında etdiyi paylaşımla ayrılığı anons edib:

“Çox sağ ol, “Şamaxı”. Bu, çox xoş idi. Tezliklə görüşərik”.

Andrey Azərbaycan klubları ilə yanaşı, Asiya təmsilçilərindən də təkliflər alıb. Hələ ki, variantlar arasında seçim edir.

Tlrkoveanu 2025-ci ilin yanvarından şərəfini qoruduğu “Şamaxı”da 35 oyunda şans qazanmaqla 3 qol vurub, 2 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti