Ayxan Abbasovun gedişindən sonra bəzi oyunçuların da "Şamaxı"dan ayrılacağı sirr deyil.
Onlardan biri artıq bizə məlumdur.
Bu, Rüfət Abbasovdur.
Gənc oyunçu yeni mövsüm bölgə klubunda forma geyinməyəcək.
Rüfət Ayxan Abbasovun tapıntısı sayılır. Məhz onun rəhbərliyi altında "şirlər"in heyətində parladı, milli komandaya qədər yüksəldi.
Amma müdafiəçinin ayrılıq qərarını birbaşa Abbasovun gedişinə də bağlamaq olmaz.
Millimizin üzvü legioner həyatı yaşamaqda qərarlıdır.
Onun xidmətində Avropa təmsilçiləri ilə bərabər yerli klublar da maraqlıdır.
21 yaşlı futbolçu yekun qərarını mövsümün sonu verəcək.
"Neftçi"nin yetirməsi 2024-cü ildən "Şamaxı"nın formasını geyinir.
O, bu müddətdə meydana çıxdığı 73 görüşdə 2 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN/ SPORTİNFO.AZ

