Azərbaycanda postu ilə vidalaşan baş məşqçini stadiondan alqışlarla yola saldılar - VİDEO

18 May 02:20 Şamaxı 699
Azərbaycanda postu ilə vidalaşan baş məşqçini stadiondan alqışlarla yola saldılar - VİDEO

“Şamaxı”dan ayrılacaq baş məşqçi klubun azarkeşləri ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, hadisə Misli Premyer Liqasının 32-ci turunda - “Şamaxı”nın bu mövsümkü son ev göründə baş verib.

Həmin oyunda Ayxan Abbasovun komandası “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib.

Matç bitən kimi tribunalara yaxınlaşan A.Abbasov fanatlarla vidalaşıb, azarkeşlər isə məşqçini alqışlarla yola salıb.

Azərbaycan millisinin də baş məşqçisi olan A.Abbasovun yeni mövsümdə də hansısa klubu çalışdırıb-çalışdırmayacağına dair hələlik rəsmi məlumat yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM