Millimizin baş məşqçisi də bu günü görərmiş - O, buna layiqdir!

21:00 Şamaxı 255
Millimizin baş məşqçisi də bu günü görərmiş  - O, buna layiqdir!

Ayxan Abbasov "Şamaxı"nın baş məşqçi postunda doğma azarkeşləri ilə vidalaşdı.

Futbolçular sonuncu ev oyununda "Turan Tovuz"u məğlub etməklə Abasovu qələbə ruhiyyəsində yola saldısa, tribunalara cəm olan fanatlar alqış sədaları altında onunla sağollaşdı.

Ümumiyyətlə, son illər ölkə futbolunda yetişən ən istedadlı məşqçilərdən olan Abbasov ilk dəfədir bir klubdan belə xoş hisslərlə, həm də layiq olduğu şəkildə ayrılır.

Buna görə klub rəhbərliyi xoş sözləri haqq edir.

Onun "Şamaxı" üçün xidmətləri az olmayıb.

İki mövsümdür klub onun rəhbərliyi altında hədəfinə çox rahat şəkildə çatdı.

Hətta boyundan yuxarı tullanan "şirlər" bərk ortabab statusuna da sahibləndi. "Şamaxı"nın əsas söz sahibləri bunu heç vaxt danmır. Bu gün də dilə gətirir.

Əslində 44 yaşlı mütəxəssis əvvəl çalışdığı "Zirə", "Sumqayıt" və "Turan Tovuz" da yaxşı işlərlə yadda qalıb.

Amma hər üç iş yerindən də gözlənilməz şəkildə ayrılıb.

Layiq olmadığı formada yola salınıb.

Əbəs deyil ki, inciklik hər zaman sezilib.

Abbasovun 3 fərqli klubdan narazılıqla ayrılması, bəzən "bəlkə günahkar elə o imiş" görüntüsü də yaradırdı.

Amma "Şamaxı"dakı vida fərqli mənzərəni gözlər önünə sərdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19:10 Emrah PAŞA