Ayrılıq qərarı verən baş məşqçi vida çıxışı etdi: “Bundan sonra…”

01:00 Şamaxı 102
Ayrılıq qərarı verən baş məşqçi vida çıxışı etdi: “Bundan sonra…”

"Şamaxı" Misli Premyer Liqasının 32-ci turunda doğma meydanda "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:

"Evdə son oyunumuz idi. Azarkeşlərimizin qarşısında xal qazanmaq istəyirdik. Güclü rəqibə qarşı oynadıq.

"Turan Tovuz"a Konfrans Liqasında uğurlar arzulayıram. Turnir cədvəlində yerimizi qorumaq istəyirdik.

"Turan Tovuz"la gərgin və maraqlı oyunlarımız olub. Amma qalib gələ bilmirdik. Azarkeşlərə təşəkkür edirəm.

Bir oyun qalıb. "Şamaxı"ya bundan sonra uğurlar arzulayıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti