Azərbaycan Premyer Liqasının XXXII turunda “Şamaxı” və “Turan Tovuz” üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, dramatik keçən görüşdə Şamaxı təmsilçisi qalib gəlib - 3:2.
"Şamaxı"nın heyətində Arsen Ağcabəyov (10), Dioqo Balau (28) və Abdulla Rzayev (83) fərqləniblər. Tovuz klubundan isə İbrahima Vadji (65) və Alexandro Serrano (73) rəqib qapısına yol tapıblar.
Bu nəticədən sonra "Turan Tovuz" 59 xalla 3-cü pillədə yer alıb. 38 xala malik "Şamaxı" isə 8-cidir.
"Şamaxı" - "Turan Tovuz" 3:2
Şamaxı şəhər stadionu, 650 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Teymur Teymurov
Dördüncü hakim: Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Oruc Məmmədov, 68 (qeyri-idman hərəkəti) // Xəyal Nəcəfov, 36 (hakimin qərarına etiraz); Roderik Miller, 56 (qeyri-idman hərəkəti); Roberto Olabe, 64 (hakimin qərarına etiraz); Enrike Silva, 70 (hakimin qərarına etiraz); Joarlem Santos, 90+4 (qeyri-idman hərəkəti)
Qollar: Arsen Ağcabəyov, 10; Dioqo Balau, 28; Abdulla Rzayev, 83 // Vadji İbrahima, 65; Alexandro Serrano, 72
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Şamaxı”
1. Rikardo Fernandes
5. Arsen Ağcabəyov (k)
2. Abdulla Rzayev
97. Oruc Məmmədov
82. Rüfət Abbasov
7. Edqar Adilxanov
(80. Həbib İsmayılov, 69)
9. Karim Rossi
3. Vladislav Veremeyev
13. Rikardo Apolinario
11. Dioqo Balau
(27. Emil Süleymanov, 90)
4. Sezar Enrike
Ehtiyat oyunçular:
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
17. Rafael Məhərrəmli
21. Bilal İsmayılov
48. Ramiz Muradov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
10. Andrey Tirkoveanu
88. Rodriqo Fernandeş
19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov
“Turan Tovuz”
41. Sergey Samok
17. Rəhim Sadıxov
(29. Filip Ozobiç, 46)
10. Xəyal Nəcəfov
(19. Roberto Olabe, 59)
11. Ayxan Hüseynov
(99. Vadji İbrahima, 46)
5. Roderik Miller
3. Enrike Silva
(8. David Tavareş, 86)
23. Alexandro Serrano
90. Joarlem Santos
15. Emmanuel Hakman (k)
(2. Mark Rene Mampassi, 59)
32. Hayderson Hurtado
7. Xorxe Silva
Ehtiyat oyunçular:
1. Oleq Baklov
13. Mehman Hacıyev
4. Şəhriyar Əliyev
6. Fərid Yusifli
Baş məşqçi: Kurban Berdiyev

