“Hər ikisi təhlükəlidir“

15 May 23:40 Şamaxı 56
“Hər ikisi təhlükəlidir“

“Son iki matçdakı səhvlərimizdən nəticə çıxarıb onları təkrar etməməyə çalışacağıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı“nın yarımmüdafiəçisi Dioqo Balau deyib.

“Şirlər“ Premyer Liqanın bu turunda Şamaxıda “Turan Tovuz”u qəbul edəcək, sonuncu futbol həftəsində isə Qəbələ səfərinə yollanacaq.

Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gəlmiş əaylət təmsilçisi, görəsən, indi nəyə ümid bəsləyir?

Müsahibi dinləyək:

“Maksimum nəticə nədirsə, onu qazanmağa çalışacağıq. Hər iki komanda təhlükəlidir.

Bunu əvvəlki oyunlarda görmüşük. Xal ehtiyatını yaxşılaşdırmaqla turnir cədvəlində yüksələ bilərik. Bunu düşünüb qələbələr qazanmalıyıq“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti