Hədə-qorxu işə yaradı, pullar paylandı, borclar bağlandı

18 Oktyabr 2023 16:40 Şamaxı 1 078
Hədə-qorxu işə yaradı, pullar paylandı, borclar bağlandı

Birinci Liqada mübarizə aparan “Şamaxı” borc problemini yoluna qoyub.

Bölgə təmsilçisi ötən mövsüm komandanın şərəfini qorumuş 8 futbolçu və 4 məşqçiyə borclu qalmışdı.

Kollektivin sabiq üzvləri haqq etdikləri pulu ala bilməmələrindən şikayətçi idi və buna görə AFFA-ya baş çəkmişdilər. Assosiasiyanın hüquq şöbəsindən məsələyə 45 gün ərzində yekun vurulacağı bildirilmişdi.

Şikayətçilərdən birindən redaksiyamıza daxil olan məlumata görə, klub rəhbərliyi əməkhaqqıları hesaba köçürərək problemi yoluna qoyub.

Bildirək ki, futbolçular aylardır1 mayın, məşqçilər isə may və iyunun məvacibini gözləyirdi.

“Şamaxı” borcları verməsəydi, AFFA-nın ciddi sanksiyası ilə üzləşəcəkdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər

2013 - 2026 Sportinfo.az Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.