
“Verdiyi tapşırıqları tam yerinə yetirsək, nöqsanlara yol verməsək, hər şey yaxşı olacaq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in nigeriyalı legioneri Olavale Onanunqa deyib.
Bu yaydan karyerasını ölkəmizdə davam etdirən afrikalı yarımmüdafiəçisi “baş məşqçiylə dil tapa bilirsiz” sualına belə cavab verib:
“Azər Məmmədovun xətrini hər birimiz çox istəyirik, arada qarşılıqlı hörmət var. Münasibətimiz əladır.
Əslində pis oynamırıq. Hər oyunda qol imkanlarımız olur. Sadəcə, lazımsız səhvlər edirik və bu, rəqiblərin qol vurmasını asanlaşdırırıq.
Gərək bundan sonra daha məsuliyyətli olaq. Çünki turnir cədvəlinin “dib”ində olmaq bizə yaraşmır”.