35 yaşlı məşqçi taleyi barədə DANIŞDI – AFFA-nı gözləyirəm

13 İyun 2023 23:40 Şamaxı 2 502
35 yaşlı məşqçi taleyi barədə DANIŞDI – AFFA-nı gözləyirəm

Elitanı tərk edən “Şamaxı”nın gələcək taleyi qeyri-müəyyəndir.

Klubun sabahı bilinmədiyi kimi, komandanı növbəti mövsümdə kimin çalışdıracağı da sual altındadır.

Hədəfləri yüksək olan Cavid Hüseynovun Birinci Divizionda çalışıb-çalışmayacağı bəlli deyil. Digər tərəfdən, gənc çalışdırıcının yalnız Premyer Liqada işləməkdə maraqlı olduğu deyilir.

Hətta bir müddət öncə “Qəbələ”də Elmar Baxşıyevi əvəz edəcəyi haqda xəbər yayılmışdı.

35 yaşlı mütəxəssis Sportinfo.az-a “Şamaxı”dakı gələcəyi ilə bağlı açıqlama verib:

“Açığı, hamımız gözləmə mövqeyindəyik. Qarşıdakı günlərdə AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Məhz həmin görüşdə Premyer Liqanın növbəti mövsüm üçün reqlamenti və iştirakçı sayı bilinəcək.

Bu üzdən, hələ ki, dəqiq fikir söyləmək çətindir. Komitənin iclası keçirilsin, qərar verilsin, ondan sonra oturub rəhbərliklə söhbət edıəcəyik.

Komandanın növbəti mövsüm üçün strategiyası, görəcəyimiz işlər, müqavilə məsələləri və sair”.

Sonuncu pillədə yer alaraq Premyer Liqanı tərk edən “Şamaxı”nın növbəti mövsümdə yenidən elitada mübarizə aparacağı deyilir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti