"Futbolçulara əvvəlcədən məlumat verilmişdi ki..."

3 Mart 2023 19:30 Şamaxı 371
"Futbolçulara əvvəlcədən məlumat verilmişdi ki..."

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 25-ci turunun "Zirə" ilə (2:2) matçından sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis matçla bağlı danışıb:

"Zirə" avrokuboklar uğrunda mübarizə aparan, çətin rəqiblərdən biridir. Onlar topa sahib olmağı çox sevir. Sürətli hücumları da olur. Bu haqda futbolçulara əvvəlcədən də, məlumat vermişdik. Onlar da, bizi çətin matçın gözlədiyini dərk edirdilər. İstədiklərimizi yerinə yetirdilər və nəticədə xal qazandıq. Oyunçularımı təbrik edirəm. "Zirə"yə gələcək matçlarda uğurlar arzulayıram.

- Əli Səmədovu əvəzləməyiniz öncədən planlaşdırılmışdı, yoxsa zədə ilə bağlı idi?
- Planlaşdırdığımız əvəzetmə idi.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!