“Qarabağ”ın sayəsində az-çox məlumata sahib idim“

23:40 Şamaxı 69
“Qarabağ”ın sayəsində az-çox məlumata sahib idim“

“Portuqaliyada yaşayanda ölkəniz və futbolunuz haqda geniş məlumata sahib deyildim”.

Bu sözləri Sportinfo.az-a Filipe Markes deyib.

Cari mövsümdən “şirlər“in formasını geyinən portuqaliyalı yarımmüdafiəçi aşağıdakıları söyləyib:

“Şamaxı”dan təklif alandan sonra maraqlanmağa, öyrənməyə başladım. Burada çox sayda səviyyəli futbolçular çıxış edib və bu gün də var. Azərbaycan futbolu sürətlə inkişaf edir.

Ötən il “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində idi, indi də “Sabah”. Bunlar yaxşı nəticələrdir.

Bura gəlməmişdən əvvəl “Qarabağ”ın sayəsində futbolun səviyyəsi barədə az-çox məlumata sahib idim.

İndi isə daha çox bilirəm. 2-3 ildən sonra çempionatın və futbolun səviyyəsi daha da artacaq“.

Digər Xəbərlər
Xəbər Lenti