Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilən “Şamaxı” – “Turan Tovuz” oyununda (0:2) baş hakim Emin Əliyevin verdiyi qərar geniş müzakirələrə yol açıb.
Görüşün 7-ci dəqiqəsində “Turan Tovuz”un hücumçusu Jo Batista rəqib futbolçuya qarşı kobud oynasa da, referi bu epizodda sarı vərəqə ilə belə kifayətlənməyib.
Həmin epizodda xəsarət alan futbolçu isə “Şamaxı”nın mərkəz müdafiəçisi Emil Rüstəmov olub.
Rəqib hücumçunun zərbəsindən sonra Emil Rüstəmovun aldığı xəsarəti əks etdirən eksklüziv fotonu əldə etmişik.
Fotoda zərbənin şiddəti, vurduğu xəsarətin miqyası açıq görünür.
Fotonu diqqətinizə çatdırır və şərhi sizə buraxırıq:
