"Azərbaycanda pul çoxdur, burada oynamaq xoşuma gəlir"

5 Dekabr 2020 17:00 Səbail 996
"Azərbaycanda pul çoxdur, burada oynamaq xoşuma gəlir"

"Azərbaycan çempionatında oynamaq xoşuma gəlir. Burada çox yaxşı komandalar var".

Sportinfo.az xəbər verir ki, bunu "Səbail"in legioneri Bəxtiyar Rəhmani İranın "varzesh3.com" saytına açıqlamasında deyib.

29 yaşlı iranlı yarımmüdafiəçi komandasının Avropa Liqasına vəsiqə uğrunda mübarizə apardığını bildirib:

"Azərbaycan Premyer Liqasında yaxşı futbolçular çıxış edir. Əməkhaqqı isə çox yüksəkdir. Hər bir klub avrokuboklara düşməyə çalışır.

Həm texnika, həm də futbol baxımından çox peşəkar və çətin liqada çıxış etdiyimi vurğulamaq istəyirəm. Bu, mənim üçün, həqiqətən, çox yaxşı futbol çağırışıdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti