"Mənim üçün əsas ailəmdir" – Yeni gələn legioner

30 Noyabr 2020 16:40 Səbail 713
"Mənim üçün əsas ailəmdir" – Yeni gələn legioner

"Burada İran liqasında olmayan xarakter var".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in iranlı legioneri Bəxtiyar Rəhmani dilə gətirib.

Noyabrın 14-də "dənizçilər"lə müqavilə imzalayan yarımmüdafiəçi Azərbaycan futbolunda şəraitin yaxşı olduğunu söyləyib. 29 yaşlı vinger Premyer Liqanın gərgin keçdiyini vurğulayıb:

"İstənilən halda, çempionat asan deyil. 1-2 komanda Avropada uğurlu çıxış edir. Bizim kimi ortabab klubların da şəraiti yaxşıdır və rəqiblərimizlə başabaş mübarizə aparırıq. Bura gələndə müqavilə şərtlərini uzun müddət müzakirə etdik. Çünki mənim üçün əsas olan ailəmdir ".

Bəxtiyar Rəhmani 2013 və 2014-cü ildə İran yığmasının formasını geyinib. "Traktor"un da şərəfini qorumuş futbolçu son olaraq 2019/20 mövsümündə “Sanat Naft”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti