Qurban Qurbanov 1 gün "Qarabağ"da olmayanda - FOTOREPORTAJ

30 Noyabr 2020 10:40 Səbail 569
Qurban Qurbanov 1 gün "Qarabağ"da olmayanda - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, "Qarabağ" "ASCO Arena"da "Səbail"lə üz-üzə gəlib.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun səhhətində problem yarandığı üçün komandanı meydana onun köməkçisi Elçin Rəhmanov çıxarıb.

Matça gəlincə, hər iki qol fasilədən sonra vurulub. Əvvəlcə 57-ci dəqiqədə "dənizçilər"in hücumçusu Amil Yunanov özü qazandığı penaltini qola çevirib.

Amma meydan sahiblərinin sevinci 7 dəqiqə çəkib. Abdullah Zubirin ideal ötürməsindən sonra Donald Gerye topu başla qapıdan keçirərək hesabı bərabərləşdirib. Bu, oyunda vurulmuş sonuncu qol olub.

Bu heç-heçə ilə xallarını 19-a çatdıran "Qarabağ" 1 günlük fasilədən sonra yenidən liderliyə qayıdıb. 10cu xalını qazanan "Səbail" isə 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın ehtiyatında 1 oyun var.

Digər Xəbərlər
Xəbər Lenti