Bakı klubuna söz atdı: "Hər şey vəd edilən kimi olmasa…"

29 Noyabr 2020 12:40 Səbail 694
Bakı klubuna söz atdı: "Hər şey vəd edilən kimi olmasa…"

"Fasiləyə hələ 4 tur qalıb, şərtlər yaxşı olsa, burada qala bilərəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in yeni legioneri Bəxtiyar Rəhmanı deyib.

Noyabrın ortasında Azərbaycana gələn 1 illik müqavilə imzalayan iranlı yarımmüdafiəçi pandemiya başa çatdıqdan sonra başqa kluba keçə biləcəyini istisna etməyib:

"Hər şey vəd edilən kimi olmasa və koronavirus başa çatsa, başqa ölkəyə də gedə bilərəm. Koronavirus imkan versə, özüm və ailəm üçün daha yaxşı yol seçəcəm.

Ümid edirəm ki, hər şey yaxşı olacaq. Bura gələndən əzmlə çalışıram. Müqaviləmin sonuncu gününədək də belə olacaq. Qalan şeylər Allahın əlindədir".

Digər Xəbərlər
Xəbər Lenti