"Ailə problemlərinə görə Azərbaycan klubuna keçdim"

25 Noyabr 2020 12:40 Səbail 661
"Ailə problemlərinə görə Azərbaycan klubuna keçdim"

"Hamı mənim hekayəmi bilir. İstədiyim vəziyyətin yaranmasını gözləyirdim.

Ailə problemlərinə və ölkə xaricində oynamaq istəyimə görə legioner olmağa qərar verdim".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in yeni transferi Bəxtiyar Rəhmani "Parsfootball" nəşrinə açıqlamasında Bakı klubuna keçidi barədə danışarkən deyib.

İran millisinin sabiq yarımmüdafiəçisi koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqasını seçdiyini bildirib:

"Əsas heyətə düşmək üçün uzun müddət gözləsəm də, bunun baş verməyəcəyini gördüm. Başqa ölkələrdən də 100 faizlik təkliflərim var idi. Amma koronavirus problemi üzündən viza ala bilmədim və buraya gəldim".

Digər Xəbərlər
Xəbər Lenti