"Koronavirus testi verdim, pozitiv çıxdı. Yenidən test vermişəm, görək, indi nə çıxır".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Testin cavabı ürəkaçan olmasa da İsmayılov özünü narahat hiss etmədiyini bildirib: "Vallah, heç bir əlamət yoxdur. Oturmuşam evdə yeyib-içirəm, dad yerində, tam yerində.
Yəni heç bir yerimdə ağrı yoxdur. Heç bir narahatlığım yoxdur. Sadəcə, test pozitiv çıxıb. Ev şəraitindəyəm, hər şey olduğu kimi davam edir.
İkinci testin nəticəsi bəlli olanadək məşqlərdə iştirak etməyəcəm. Virusa necə yoluxduğumu bilmirəm.
Hər hansı əlamət olsa idi, deyərdim ki, belim, başım ağrıyır, qızdırmam var. Məndə bunların heç biri yoxdur. Test necə müsbət çıxa bilər, baş açmıram".

