Premyer Liqa klubunun baş məşqçisi haqda ən doğru xəbər

22 Noyabr 2020 13:00 Səbail 675
Premyer Liqa klubunun baş məşqçisi haqda ən doğru xəbər

Azərbaycan Premyer Liqasının X turunun dünən təxirə salınan "Sabah" - "Səbail" oyununun yeni vaxtı müəyyənləşib.

Qarşılaşma noyabrın 23-də baş tutacaq.

Görüş "Bank Respublika Arena"da keçiriləcək. Matç saat 16:00-da başlayacaq.

Oyun bəzi futbolçuların koronavirus testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınıb. Problem əsasən "Səbail" ilə bağlı idi.

Bayıl təmsilçisinin 12 üzvündə korona şübhəsi yaranmışdı ki, onların da çoxu futbolçuları əhatə edirdi. İkinci testin nəticəsi nisbətən bu narahatlığı aradan qaldırıb.

Məlum olub ki, oyunçulardan cəmi 2-3-ü bu xəstəliyə yoluxub, onlar da əsas heyətdə yer almayanlardır. Karantinə alıınan digər şəxslər isə klub çalışanlarıdır.

Baş məşqçi Aftandil Hacıyevin də korona tutması haqda yayılan xəbərlər isə sadəcə, şayiədir. Bizdə olan məlumata görə, gənc çalışdırıcının testi neqativ çıxıb və o, sabah görəvinin başında dayanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti