Koronavirus "Səbail"dən 4 futbolçunu "əsir götürdü"

21 Noyabr 2020 14:40 Səbail 893
Koronavirus "Səbail"dən 4 futbolçunu "əsir götürdü"

Premyer Liqanın X turunda bu gün keçirilməli olan "Sabah" - "Səbail" matçı qonaq komandaya görə təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, dünən götürülmüş analiz nəticələri 4 futbolçuda müsbət çıxdığı üçün bu addım atılıb.

Amma onların heç birində simptomlar yoxdur. Həmin oyunçular bu gün səhər saatlarında təkrar testdən keçib. Nəticələr axşamadək bilinəcək. Bundan sonra oyunla bağlı yekun qərar veriləcək.

Testlər mənfi olsa, qarşılaşma sabah baş tuta bilər. Hazırda "Sabah"ın heyətində Təmkin Xəlilzadə, "Səbail"dən isə Kamal Qurbanlı koronavirusdan əziyyət çəkir.

Daha əvvəl ölkə çempionatında IX turun "Sabah" - "Zirə" görüşü də eyni səbəbdən təxirə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti