Ya Azərbaycan klubu ilə müqavilə imzalayacaq, ya da ki…

18 Noyabr 2020 11:00 Səbail 677
Ya Azərbaycan klubu ilə müqavilə imzalayacaq, ya da ki…

Hendrik Ekşteyn "Səbail"lə yeni müqavilə imzalaya bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "soccerladuma.co.za" məlumat yayıb.

Cənubi Afrika Respublikasında kifayət qədər populyar olan sayt bildirib ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra paytaxt təmsilçisi ilə danışıqlara başlayacaq.

İddiaya görə, bu ilin əvvəlində "Sabah"ı "Səbail"ə dəyişən oyunçu 2021-ci ilin yayınadək olan sözləşməsinin müddətini uzatmaqda maraqlıdır.

Cənubi Afrika Respublikasından olan futbolçunun yenidən ölkəsinə qayıtmaq ehtimalı da istisna edilmir.

Digər Xəbərlər
Xəbər Lenti