"Azərbaycan klubunda etmək istədiyim budur"

16 Noyabr 2020 16:40 Səbail 576
"Azərbaycan klubunda etmək istədiyim budur"

"Meydanda olduğum hər dəqiqə vacibdir. Bu, oyunçu və şəxsiyyət kimi inkişafın əsas hissəsidir.

Nə qədər çox təcrübə qazansam, daha da inkişaf edəcəm. Etmək istədiyim budur. Ona görə də Qvatemaladan ayrılıb, buraya gəldim".

Sportinfo.az xəbər verir ki, bunu "Səbail"in qapıçısı Nikolas Hagen "Invictos Guate" nəşrinə açıqlamasında Azərbaycana gəlişinin səbəbi barədə danışarkən deyib.

Hagen 2020/2021 mövsümünün əvvəlindən "Səbail"də çıxış edir. Qvatemalalı qolkiper karyerasını Avropada davam etdirmək üçün bu addımı atdığını bildirib:

"Burada uzun müddət oynamaq istəyirəm. Məqsəd gələcəkdə qvatemalalı oyunçular üçün yeni yol açmaq və onların potensialını göstərməkdir".

Digər Xəbərlər
Xəbər Lenti