Azərbaycan klubunun bu transferi etməsinin 3 SƏBƏBİ

16 Noyabr 2020 09:40 Səbail 844
Azərbaycan klubunun bu transferi etməsinin 3 SƏBƏBİ

Xəbər verdiyimiz kimi, "Səbail" heyətini yeni legionerlə gücləndirib.

Bayıl təmsilçisi hücumameyli yarımmüdafiəçi Bəxtiyar Rəhmanini Bakıya gətirib.

29 yaşlı vingerlə mövsümün sonunadək müqavilə imzalanıb. Bəxtiyar Rəhmani 2013 və 2014-cü ildə İran yığmasının formasını geyinib.

O, son olaraq 2019/2020 mövsümündə "Sanat Naft Abadan"da çıxış edib. İranlı yeni komandasında “8” nömrəli formanı geyinəcək.

Komandanın baş məşqçsisi Aftandil Hacıyev Sportinfo.az-a bu keçid barədə danışıb:

“Onunla müqavilə bağlamağımızın bir neçə səbəbi var. Həm şərtləri, həm sərbəst agent statusu daşıması, həm də universal oyunçu olması bizə maraqlı gəldi.

Bütün bunları öyrənəndən sonra qərar verdik ki, Bəxtiyarı komandamıza dəvət edək. O, təcrübəli və calışqan futbolcudur. İnanırıq ki, tez bir zamanda komandaya uygunlaşacaq və ümidlərimizi doğruldacaq“.

Digər Xəbərlər
Xəbər Lenti