Bakı klubunun yeni transferi: "Hər şey yaxşı olacaq! "

15 Noyabr 2020 11:00 Səbail 721
Bakı klubunun yeni transferi: "Hər şey yaxşı olacaq! "

"Səbail" komandasına qoşulmağımdan çox məmnunam. İnanıram ki, komanda ilə birlikdə bizi möhtəşəm oyunlar gözləyir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Səbail”in yeni transferi Bəxtiyar Rəhmani klubun mətbuat xidmətinə açıqlamasında deyib.

29 yaşlı iranlı yarımmüdafiəçi paytaxt təmsilçisinə keçdikdən sonra komanda haqqında təəsüratlarını bölüşüb.

“Səbail” Bəxtiyar Rəhmani ilə bu mövsümün sonunadək müddəti olan müqavilə imzalayıb: “Klub rəsmiləri və futbolçular məni çox yaxşı qarşıladılar, bunun üçün hər kəsə öz minnətdarlığımı bildirmək istəyirəm.

Burada uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, biz birlikdə yüksək nailiyyətlərə imza ata bilərik. Mənim üçün bu yeni çağırışdır və mən inanıram ki, hər şey yaxşı olacaq!".

Digər Xəbərlər
Xəbər Lenti